"Yuventus"un hücumçus Duşan Vlahoviç karyerasını İngiltərədə davam etdirə bilər.
İdman.biz xəbər verir ki, serbiyalı hücumçu "Mançester Yunayted"in maraq dairəsinə düşüb.
Turin klubu ilə yeni müqavilə bağlamayan 24 yaşlı forvardın qışda satılması gündəmə gəlib. Vlahoviçlə "Arsenal"ın da maraqlanması xəbərləri yayılıb. "Yuventus" müqaviəsi 2026-cı ilin yayında bitəcək futbolçunu 65 milyon avrodan ucuz satmaq niyyətində deyil.
Qeyd edək ki, Duşan bu mövsümdə meydana çıxdığı 18 matçda 10 qol vurub və 2 ötürmə verib.
İdman.biz