Brazilyalı əfsanəvi futbolçu Roberto Karlos DÇ-1998-in final matçını xatırlayıb.
İdman.biz xəbər verir ki, o, mundialın həlledici oyununda problemsiz qələbə qazanacaqlarını düşündüklərini deyib.
Braziliya yığmasının müdafiəçisi Ronaldonun həmin oyundan əvvəl üzləşdiyi problemin əhəmiyyətini də vurğulayıb: "Bizim əsas problemimiz finalda asan qələbə qazanacağımızı düşünmək idi. Təəssüf ki, uğursuz olduq və Zidan karyerasında iki qola imza atdığı yeganə oyunu keçirdi. Qarşılaşmadan bir gün əvvəl elə bildim Ronaldo mənimlə zarafat edir, hər şeyin ciddi olduğunu anlayıb həkimə qaçdım. Ronnu ulduz idi və böyük təzyiqlə üz-üzə idi. Məncə, o tam sağlam olsa idi, biz finalda qələbə qazana bilərdik. Ronaldo qapıçı Bartezlə toqquşanda onun öləcəyini düşündüm. Çox pis gün idi".
Qeyd edək. DÇ-1998-in finalında Braziliya favorit olsa da, Fransa 3:0 hesabı ilə qələbə qazanıb.
İdman.biz