"Barselona" Dani Olmonun qış transferi dövründə qeydiyyatı üçün yollar axtarır.
İdman.biz xəbər verir ki, bunun üçün kataloniyalılar Andreas Kristensenlə yolları ayırmağa hazırdırlar.
28 yaşlı danimarkalı müdafiəçi İtaliya və İngiltətə klublarının maraq dairəsinə düşüb. Apenin yarımadasından "İnter" və "Yuventus"in Kristansenə yanvarda real təklif göndərməsi gözlənilir. "Barselona" 30 milyon avro qarşılığında Andreasın transferinə yaşıl işıq yandıracaq.
Qeyd edək ki, hazırda zədəli olan futbolçunun bir neçə həftədən sonra yaşıl meydanlara dönməsi gözlənilir.
İdman.biz