Ukraynadan FIFA və UEFA-ya etiraz

Xəbərlər
13 Dekabr 2024 21:34
137
Ukraynadan FIFA və UEFA-ya etiraz

Ukrayna Futbol Federasiyası FIFA və UEFA-ya etiraz notası göndərib.

İdman.biz xəbər verir ki, buna səbəb DÇ-2026-nın seçmə mərhələsinin püşkatması zamanı Ukraynanın xəritəsində yanlışlığa yol verilməsidir.

Teleyayım zamanı Krım yarımadası Ukraynanın ərazisi kimi göstərilməyib. UFF hər iki qurumun baş katibinə məktub yazaraq öz narazılığını bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynanın ərazisinə müdaxiləsindən sonra bu ölkənin yığması beynəlxalq yarışlardan kənarlaşdırılıb.

İdman.biz