Ev sahiblərinin üstünlüyü ilə start götürən tur

Xəbərlər
13 Dekabr 2024 23:39
124
Ev sahiblərinin üstünlüyü ilə start götürən tur

Türkiyə Superliqasında 16-cı tura start verilib.

İdman.biz xəbər verir ki, keçirilən hər iki oyunda meydan sahibləri qələbə qazanıblar.

Qarşılaşmalar 2:0 hesabı ilə yekunlaşıb. "Bodrumspor" "Sivasspor"a, "Kasımpaşa" isə "Eyüpspor"a qalib gəlib. Bodrum təmsilçisi 7 oyundan sonra 3 xal qazanıb. Sivaslılar isə son 5 oyunda cəmi 1 xal toplayıblar.

Türkiyə Superliqası
16-cı tur

"Bodrumspor" - "Sivasspor" - 2:0
"Kasımpaşa" - "Eyüpspor" - 2:0

İdman.biz