Bundesliqada "Union Berlin" - "Bohum" matçı yarımçıq dayandırılıb

Xəbərlər
14 Dekabr 2024 21:43
112
Bundesliqada "Union Berlin" - "Bohum" matçı yarımçıq dayandırılıb

Almaniya Bundesliqasında 14-cü turun "Union Berlin" - "Bohum" matçı başa çatmayıb.

İdman.biz xəbər verir ki, oyun tribunlardakı ixtişaşlar üzündən yarımçıq dayandırlıb.

Azarkeşlərin görüşün əsas vaxtına əlavə olunmuş dəqiqələrdə meydana atdıqları kənar əşyalardan biri qonaq komandanın qapıçısı Patrik Dreversin başına dəyib. Nəticədə baş hakim oyunu yarımçıq dayandıraraq, tərəfləri soyunub-geyinmə otağına yollayıb.

Qeyd edək ki, hadisə baş verərkən qarşılaşmanın hesabı 1:1 olub. "Union Berlin"ə 0:3 hesablı texniki məğlubiyyət verilməsi gözlənilir.

İdman.biz