Kapitandan təkzib

Xəbərlər
15 Dekabr 2024 13:14
106
Kapitandan təkzib

"Yuventus"un kapitanı Danilo gələcəyi ilə bağlı açıqlama verib.

İdman.biz xəbər verir ki, o, Turin klubunu tərk etmək niyyətində olmadığını deyib.

33 yaşlı futbolçu bildirib ki, heç vaxt komandanı tərk etmək istəyini deməyib: "Kluba müqavilənin xitamı ilə bağlı müraciət etməmişəm. Heç vaxt komandadan getmək istədiyimi deməmişəm. Yanvarda gedə bilərəm, amma "Yuventus" məni heyətində görmək istəməsə".

Qeyd edək ki, əsas heyətə düşməkdə çətinlik çəkən Danilonun qış transferi dövründə "Napoli"yə keçəcəyi xəbərləri yayılıb.

İdman.biz