Şotlandiya Liqa kubokunun final matçı keçirilib.
İdman.biz xəbər verir ki, həlledici matçda "Seltik" və "Reyncers"in iştirakı ilə "Old Firm" derbisi matç tutub.
Qlazqodakı "Hampden Park" arenasındakı oyunun əsas 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda qalib müəyyənləşmədiyi üçün penalti seriyasına ehtiyac duyulub. Daha dəqiq olan "Seltik" 5:4 hesabı ilə üstün olub. Türkiyəli müdafiəçi Rıdvan Yılmaz penaltini qaçıran yeganə oyunçu olub.
"Seltik" tarixində 22-ci dəfə kuboku başı üzərinə qaldırıb. "Reyncers" hesabında isə turnirdə 28 titul var.
İdman.biz