2024-cü ildə Afrikanın ən yaxşı futbolçusunun adı məlum olub.
İdman.biz xəbər verir ki, Nigeriya yığmasının hücumçusu Ademola Lukman mükafata layiq görülüb.
"Atalanta"da çıxış edən futbolçu səsvermədə Simon Adinqra ("Brayton"), Seru Girassi ("Borussiya" D), Aşraf Hakimi (PSJ) və Ronven Uilyamsı (Mamelido Sandauns) arxada qoyub. Lukman 2024-cü ildə Berqamo klubunun heyətində UEFA Avropa Liqasının qalibi olub. O, "Bayer"lə (3:0) final matçında het-trik edərək, tarixi uğurun qazanılmasında əsas rol oynayıb.
Qeyd edək ki, 2023/2024 mövsümündə Lukman meydana çıxdığı 45 oyunda 17 qol vurub, 9 ötürmə edib.
İdman.biz