Rodrinin mövqeyinə 4 namizəd var

Xəbərlər
19 Dekabr 2024 20:54
128
Rodrinin mövqeyinə 4 namizəd var

"Mançester Siti" zədəli Rodriyə əvəzedici axtarışını davam etdirir.

İdman.biz xəbər verir ki, klubun siyahısında 4 futbolçu var.

"Şəhərlilər" Ederson ("Atalanta"), Bruno Gimarayeş ("Nyukasl"), Adam Uorton ("Kristal Pelas") və Tiyani Reyndersi ("Milan") qısa transfer siyahısına daxil ediblər. Mançester təmsilçisinin mərkəz yarımmüdafiəçisi üçün 70 milyon büdcə ayıracağı bildirilib.

Qeyd edək ki, ağır zədə alan ispaniyalı futbolçu üçün mövsüm bitib. "Mançester Siti"nin son 11 oyunda 8 dəfə uduzması heyətdəki problemlə əlaqələndirilib.

İdman.biz