"Barselona" həll yolunu axtarır - "Arsenal" gözləmə mövqeyində

Xəbərlər
20 Dekabr 2024 22:37
219
"Barselona" həll yolunu axtarır - "Arsenal" gözləmə mövqeyində

"Arsenal" "Barselona"da çıxış edən Daniel Olmo ilə maraqlanır.

İdman.biz xəbər verir ki, Kataloniya klubu 26 yaşlı yarımmüdafiəçinin qeydiyyat məsələi ilə bağlı çətinlik yaşayır.

Əgər kataloniyalılar problemi aradan qaldırmasalar London klubu Olmonu pulsuz heyətinə cəlb edə bilər. İspaniya yığmasının üzvü "Mançester Siti" və "Bavariya"nın da maraq dairəsindədir.

Qeyd edək ki, Olma yayda "Leypsiq"dən "Barsa"ya keçib. Kataloniya təmsilçisi maliyyə problemləri üzündən Danieli 2024-cü ilin sonuna kimi İspaniya Futbol Federasiyasında qeydiyyata ala bilib.

İdman.biz