A Seriyasında "Montsa" baş məşqçi Alessandro Nesta ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, bu barədə klubdan rəsmi açıqlama yayılıb.
Son 4 oyunda uduzan komanda 48 yaşlı mütəxəssislə əməkdaşlığa son qoyub. "Montsa" Nestanın rəhbərliyi ilə bu mövsümdə cəmi 2 oyunda qələbə qazanıb. 17 turdan sonra 10 xal toplayan komanda sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Alessandro bu ilin iyulundan "Montsa"ya başçılıq edib.
İdman.biz