İngilis müdafiəçi "Qalatasaray"ın hədəfində

Xəbərlər
23 Dekabr 2024 19:49
35
İngilis müdafiəçi "Qalatasaray"ın hədəfində

Harri Maquayr mövsümün sonunda "Mançester Yunayted"i sərbəst agent kimi tərk edə bilər.

İdman.biz xəbər verir ki, İngiltərə yığmasının müdafiəçisi hazırki komandası ilə danışıqlara start verməyib.

İngilis klubları ilə yanaşı "Qalatasaray" və "Napoli" Harrinin xidmətində maraqlıdır. Maquayrın Mançesterdəki gələcəyi isə yeni baş məşqçi Ruben Amorimin verəcəyi qərardan asılı olacaq.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2024/2025 mövsümündə bütün turnirlərdə 14 oyunda meydana çıxıb və 1 dəfə fərqlənib.

İdman.biz