Fatih Terim Səudiyyə Ərəbistanında məşqçilik fəaliyyətinə başlaya bilər.
İdman.biz xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yer alıb.
"Əl-Şabab" təcrübəli mütəxəssisə rəsmi təklif göndərib. Tərəflər arasındakı danışıqların müsbət məcrada davam etdiyi bildirilib. Terim "Vulverhempton"a yollanan baş məşqçi Vitor Parreyranı əvəzləyə bilər. "Əl-Şabab" Səudiyyə Ərəbistanı Pro Liqasında 23 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, az əvvəl "Neftçi"nin Terimlə maraqlandığı xəbərləri yayılmışdı.
İdman.biz