"Biz elə vəziyyətdəyik ki, vəziyyətlər yaradırıq, amma rəqib qapımıza ilk yaxınlaşanda qol buraxırıq".
İdman.biz xəbər verir ki, bunu "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Everton"la oyunda qeydə alınınan heç-heçədən sonra deyib.
İspaniyalı mütəxəssis İngiltərə Premyer Liqasının 18-ci turunda qeydə alınan 1:1 hesablı nəticəni şərh edib: "İşimizə davam edəcəyik. Bu oyun hücum və müdafiə baxmından bizim üçün yaxşı təcrübə oldu. Biz cərimə meydançası kənarından çoxlu zərbələr vursaq da, istədiyimiz nəticə əldə edə bilmədik. İndi bərpa olmalıyıq və növbəti oyunda yaxşı əhval-ruhiyyədə çıxmalıyıq".
Qeyd edək ki, "Mançester Siti" son 13 oyunda cəmi 1 qələbə qazanıb.
İdman.biz