Polşalı qapıçı ağır zədə alıb

Xəbərlər
26 Dekabr 2024 21:28
54
Polşalı qapıçı ağır zədə alıb

"Vest Hem"in qapıçısı Lukas Fabianski İngiltərə Premyer Liqasının 18-ci turunda ağır zədə alıb.

İdman.biz xəbər verir ki, polşalı qolkiper xərəkdə meydanı tərk edib.

"Soutgempton"la oyunun 28-ci dəqiqəsində Fabianski hava mübarizəsində Vud-Qordonla toqquşub və başına zərbə alıb. Həkimlərin ilk müdaxiləsindən sonra 39 yaşlı qapıçı təcili tibbi yardımın köməyi ilə klinikaya çatdırılıb.

Qeyd edək ki, qarşılaşma "Vest Hem"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.biz