"Mançester Yunayted"in yarımmüdafiəçi Bruno Fernandeş mövsümdə üçüncü dəfə meydandan qovulub.
İdman.biz xəbər verir ki, portuqaliyalı futbolçu "Vulverhempton"la matçın 47-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılıb.
Fernandeş bu göstəricidə Nemanya Vidiçin 2008/2009 mövsümündəki rekordunu təkrarlayıb. O, mövsümün qalan hissəsində növbəti qırmızı vərəqə alarsa, rekordçu olacaq. Bruno bundan əvvəl Prmeyer Liqada "Tottenhem" (0:3) və Avropa Liqasında "Porto" (3:3) ilə oyunlarda komandasını azlıqda qoyub.
Qeyd edək ki, hazırda davam edən oyunda "Mançester Yunayted" 0:1 hesabı ilə uduzur.
İdman.biz