"Milan" qışda kapitanlarından biri David Kalabriya ilə yollarını ayıra bilər.
İdman.biz xəbər verir ki, klub yayda müqavilə başa çatacaq futbolçuya yeni razılaşma təklif etməyib.
"Rossonoyerilər" müdafiəçinin komandanı sərbəst agent kimi tərk etməsinə qarşıdırlar. Bu səbəbdən də "Milan" yaxın günlərdə gələcək təklifləri dəyərləndirəcək. Kalabriya ilə "Komo" və "Qalatasaray"ın maraqlandığı xəbərləri yayılıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu bütün karyerasını "Milan"da keçirib. O, 2024/2025 mövsümündə 10 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.
İdman.biz