"Union Berlin"də istefa

Xəbərlər
27 Dekabr 2024 20:36
96
"Union Berlin"də istefa

Almaniya Bundesliqa təmsilçisi "Union Berlin"də baş məşqçi istefası reallaşıb.

İdman.biz xəbər verir ki, Bo Svensson tutduğu vəzifəni tərk edib.

Berlin klubundan verilən açıqlamada danimarkalı mütəxəssis və köməkçiləri ilə yollar ayrıldığı bildirilib. Komandanın son 8 oyunda qələbə qazana bilməməsi sərt qərarların çıxarılması ilə nəticələnib. "Union Berlin"in yeni baş məşqçisinin adı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, komanda Bundesliqada 15 oyundan sonra 17 xalla 12-ci pillədə qərarlaşıb.

İdman.biz