Yamal: "Uşaq kimi yollanıb, tanınmış kimi qayıtdım"

Xəbərlər
28 Dekabr 2024 00:34
53
Yamal: "Uşaq kimi yollanıb, tanınmış kimi qayıtdım"

"Barselona"nın futbolçusu Lamin Yamal AVRO-2024 xatirələrini yada salıb.

İdman.biz xəbər verir ki, o, turnirin ən yaxşı gənc oyunçusu seçilib.

"Mən Avropa çempionatında uşaq kimi yollanmışdım. Yığma haqqında heç kim mənə vacib oyunçu kimi diqqət yetirmirdi. Turnirdən qayıdanda isə bütün dünya məni tanıyırdı. İstirahət vaxtı küçədə məni saxlayırdılar. Kiçik uşaqların kumiri olmaq çox sevindirici idi", - deyə Yamal "Barca One"a müsahibəsində deyib.

Qeyd edək ki, Lamin Avropa çempionu olan İspaniya yığmasının heyətində 1 qol vurub, 4 ötürmə edib.

İdman.biz