Terim rəsmən "Əl-Şabab"da

Xəbərlər
28 Dekabr 2024 18:38
96
Terim rəsmən "Əl-Şabab"da

Fatih Terim "Əl-Şabab"la rəsmi müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, razılaşma 5 aylıq nəzərdə tutulub.

Türkiyəli mütəxəssis bu vəzifədə Vitor Pereyranı əvəzləyib. Terim mövsümün sonuna kimi 1 milyon 750 min dollar qazanacaq. Nəticələr uğurlu olarsa müqavilə müddəti bir il artırılacaq.

Qeyd edək ki, "Əl-Şabab" Səudiyyə Ərəbistanı liqasında 6-cı pillədə qərarlaşıb. Komanda liderdən 13 xal geri qalır.

İdman.biz