Ueyn Runinin komandasından antirekord

Xəbərlər
29 Dekabr 2024 18:19
103
Ueyn Runinin komandasından antirekord

Ueyn Runinin başçılıq etdiyi "Plimut" İngiltərə Çempionşipdə antirekordla yadda qalıb.

İdman.biz xəbər verir ki, onun komandası 22 oyunda qapısından 49 top buraxıb.

Əvvəllər liqanın heç bir iştirakçısı 22 turdan sonra belə uğursuzluğu yaşamayıb. "Plimut" son matçda Frenk Lempardın başçılıq etdiyi "Koventri"yə 0:4 hesabı ilə uduzub. Sonuncu pillədə qərarlaşan Runinin komandasının hesabında 18 xal var.

Qeyd edək ki, "Plimut" bu gün "Oksford"un qonağı olacaq.

İdman.biz