Qvardiolaya yubiley hədiyyəsi - 500-cü matçda

Xəbərlər
29 Dekabr 2024 20:18
67
Qvardiolaya yubiley hədiyyəsi - 500-cü matçda

Xosep Qvardiola "Mançester Siti"də yubiley oyununu keçirib.

İdman.biz xəbər verir ki, ispaniyalı mütəxəssis "şəhərlilər"i 500-ci dəfə meydana çıxarıb.

Uğursuzluq zolağında olan komanda baş məşqçinin yubiley matçında qələbə qazanıb. "Mançester Siti" İngiltərə Premyer Liqasının 19-cu turunun açılış oyununda "Lester"i məğlub edib. Görüş 2:0 hesabı ilə başa çatıb. "Şəhərlilər" 4 oyundan sonra 3 xala yiyələniblər.

"Mançester Siti" Qvardiolanın rəhbərliyi ilə bu matçlarda 355 qələbə qazanıb. Komanda 1213 qol vurub və 429-nu öz qapısından buraxıb.

Qeyd edək ki, Mançester təmsilçisində 8-ci mövsümü keçirən ispaniyalı komandaya 18 titul qazandırıb.

İdman.biz