"Mançester Siti" oktyabrın 20-dən sonra ilk səfər qələbəsini qazanıb.
İdman.biz xəbər verir ki, İngiltərə çempionu bu müddətdə 7 dəfə uduzub, 1 dəfə isə xalları yarıya bölüb.
Xosep Qvardiolanın yetirmələri səfərdə "Lester"ə 2:0 hesabı ilə qalib gəliblər. Komanda həm də son 14 qarşılaşmada ikinci dəfə qapısını toxunulmaz saxlayıb. Bundan əvvəl "Mançester Siti" "Nottingem Forest"lə (3:0) görüşdə quru hesabla qalib gəlib.
"Lester"lə oyunu Erlinq Haland üçün də əlamətdar olub. Norveçli forvard 4 matçdan sonra rəqib qapısına yol tapa bilib. O, Premler Liqada 14-cü qolunu vurub.
İdman.biz