"Barselona"nın veteren futbolçusu Uqo Sotil dünyasını dəyişib.
İdman.biz xəbər verir ki, perulu forvard 76 yaşında həyatla vidalaşıb.
Sotil dekabrın 20-də Perudakı kliniklarında birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Uqo 1973-77-ci illərdə "Barselona"da çıxış edib və bir dəfə İspaniya çempionu tituluna sahib çıxıb. Hücumçu 1973-cü və 1974-cü illərdə Perunun ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, Sotil ölkə yığmasının heyətində 62 oyunda 18 dəfə fərqlənib.
İdman.biz