"Mançester Yunayted"in futbolçusu Antoni karyerasını İspaniyada davam etdirə bilər.
İdman.biz xəbər verir ki, "Betis" braziliyalı futbolçunu icarəyə götürməyi planlaşdırır.
İspaniya mətbuatında Antoninin komandanın oyun üslubuna uyğun olduğu yazılıb. Əsas problem 24 yaşlı cinah hücumçusunun maaşının ödənməsidir. "Betis" yüksək məvacib alan braziliyalıya bu məbləğin bir hissəsini ödəmək istəyir.
Qeyd edək ki, Antoninin "Mançester Yunayted"lə 2027-ci ilin yayına kimi müqaviləsi var. Əsas heyətə nadir hallarda daxil olan forvard cari mövsümdə 13 oyunda cəmi 1 qolla yadda qalıb.
İdman.biz