"Barselona"ya növbəti rədd cavabı - qeydiyyat problemi həll olunmur

Xəbərlər
30 Dekabr 2024 23:28
70
"Barselona"ya növbəti rədd cavabı - qeydiyyat problemi həll olunmur

Məhkəmə "Barselona"nın apelyasiyasını növbəti dəfə rədd edib.

İdman.biz xəbər verir ki, Dani Olmo və Pau Viktorun La Liqanın ikinci hissəsində qeydiyyatı mümkün olmayıb.

İspaniya mətbuatı Kataloniya klubunun son şansından istifadə etdiyini bildirib. Bundan sonra "Barselona" "Nou Kamp" stadionunda VIP yerləri satdıqdan sonra futbolçuları qeydiyyatdan keçirə bilər.

Qeyd edək ki, Olmo yayda "Leypsiq"dən transfer olunub. Müqavilədə qeydiyyatı alınmayacağı təqdirdə Daninin sərbəst qalma hüququ var. Pau isə "Jirona"dan kataloniyalıların heyətinə cəlb edilib.

İdman.biz