Sonuncu pillə Runiyə bağışlanılmayıb

Xəbərlər
31 Dekabr 2024 18:16
122
Sonuncu pillə Runiyə bağışlanılmayıb

İngiltərə Çempionşipdə yarışan "Plimut"un baş məşqçisi Ueyn Runi vəzifəsini tərk edib.

İdman.biz xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı şəkildə xitam veriblər.

Runi birlikdə köməkçiləri Mayk Felan, Saymon Ayrlend də komandanı tərk ediblər. Klubdan yayılan açıqlamada 39 yaşlı mütəxəssisə gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, "Plimut" son 10 oyunda qələbə qazana bilməyib. Komanda 23 oyundan 18 xalla sonuncu pillədə qərarlaşıb.

İdman.biz