Özbəkistanlı futbolçu İtaliyada klubunu dəyişə bilər

Xəbərlər
31 Dekabr 2024 19:23
119
Özbəkistanlı futbolçu İtaliyada klubunu dəyişə bilər

"Empoli" Eldor Şomurodovla maraqlanır.

İdman.biz xəbər verir ku, bu barədə italiyalı insayder Canluka Di Marzio məlumat yayıb.

"Empoli" hücum xəttini gücləndirməyə çalışır və klubun əsas hədəfi “Roma”nın 29 yaşlı hücumçusudur.

Eldor 2024/2025 mövsümündə bütün turnirlərdə keçirdiyi 13 oyunda 2 qol vurub, 1 ötürmə edib.

İdman.biz