Ağır qəza keçirən forvard evə buraxılıb

Xəbərlər
31 Dekabr 2024 21:13
56
Ağır qəza keçirən forvard evə buraxılıb

Avtoqəza keçirən "Vest Hem"in hücumçusu Maykl Antonio xəstəxananı tərk edib.

İdman.biz xəbər verir ki, onun müalicəsinə ev şəraitində davam olunacaq.

Dekabrın 7-də qəzaya düşən 34 yaşlı futbolçu cərrahiyə əməliyyatı keçirib. Onun təxminən 1 ildən sonra yaşıl meydana dönəcəyi ehtimal olunur.

Qeyd edək ki, 2024/2025 mövsümündə 14 dəfə meydana çıxan Antonio 1 qol və 1 ötürmə ilə yadda qalıb.

İdman.biz