Türkiyə Superliqasında işləri qaydasında getməyən "Trabzonspor" qış transferində heyətini gücləndirmək istəyir.
İdman.biz xəbər verir ki, komanda "Krasnodar"da çıxış edən Vitor Tormena ilə maraqlanır.
Türkiyə mətbuatı Trabzon klubunun bu keçidə görə 3 milyon avro ödəməyə hazır olduğunu yazıb. Braziliyalı müdafiəçinin "Krasnodar"la 2027-ci ilin yayına kimi müqaviləsi var. 28 yaşlı futbolçu cari mövsümdə 22 oyunda 1 qolla yadda qalıb.
Qeyd edək ki, "Trabzonspor" 16 oyundan sonra 19 xalla 13-cü pillədə qərarlaşıb.
İdman.biz