"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq komandadakı gələcəyi ilə bağlı açıqlama verib.
İdman.biz xəbər verir ki, o, Niderland mətbuatına müsahibəsində klubu nə vaxt tərk edəcəyini deyib.
"Müqaviləm yerli qəzetlər üçün mövzudur, amma mənim üçün yox. Futbol oynamaq istəyirəm, sonra klubun mənimlə bağlı nə etmək istədiyinə baxacam. O zaman ailəm və menecerimlə gələcəklə bağlı qərar verəcəyik. Komandanın uğurları üçün lazımi dəstəyi verə bilmədiyimi hiss etdiyim zaman gedə bilərəm", - deyə De Yonq bildirib.
Qeyd edək ki, 27 yaşlı niderlandlı bu mövsümdə 13 oyunda 1 qol və 1 ötürmə ilə yadda qalıb. Yüksək məvacib alan Frenkinin maaşının azaldılmasına razı olmayacağı təqdirdə rəhbərlik onun yollarını ayıracaq.
İdman.biz