İngilis forvard Markus Reşford "Arsenal"ın hədəfinə düşüb.
İdman.biz xəbər verir ki, futbolçunun "Mançester Yunayted"lə yollarını ayırması gözlənilir.
Əsas heyətdə düşməkdə çətinlik çəkən Markusun yayda "Arsenal"a keçməsi üçün 2 şərt var. Bunlardan biri icarə əsasında komandada çıxış edən Rahim Sterlinqin "Çelsi"yə dönməsidir. Digər məsələ London klubu Reşforda görə 30 milyon avro ödəmək niyyətində deyil.
Qeyd edək ki, 28 yaşlı hücumçunun "qırmızı şeytanlar"la 2028-ci ilin yayına kimi müqaviləsi var.
İdman.biz