İranlı futbolçu Ramin Rezaeian qadın azarkeşi qucaqladığı üçün cəzalanıb.
İdman.biz xəbər verir ki, "İstiqlal"ın yarımmüdafiəçisi 12 min dollar cərimə ödəyəcək.
Hər şey İran çempionatının 14-cü turunda "Çadormalu" ilə oyundan sonra başlayıb. Matç bitdikdən sonra 34 yaşlı futbolçunun qadın azarkeşlərdən birini qucaqlaması ölkədə böyük rezonans doğurub. İran Futbol Federasiyasının Etika Komitəsi araşdırmalardan sonra Ramin maddi cəza ilə üzləşib.
Qeyd edək ki, Rezaeian Türkiyə və Belçikada legioner həyatı yaşayıb.
İdman.biz