Kolumbiyalı futbolçu Xames Rodriges "Rayo Valekano"nu tərk etməyə hazırlaşır.
İdman.biz xəbər verir ki, tərəflər mövsümün sonunda başa çatacaq müqaviləyə qarşılıqlı şəkildə xitam verəcəklər.
33 yaşlı yarımmüdafiəçinin Kolumbiyaya dönəcəyi gözlənilir. Rodrigesin "Xunior"a keçəcəyi xəbərləri yayılıb.
Qeyd edək ki, Xames bu mövsümdə "Rayo Valekano"nun heyətində cəmi 7 oyunda oynayıb və 1 ötürmə ilə yadda qalıb.
İdman.biz