Azarkeşləri təhqir edən klub rəsmisi qovulub

Xəbərlər
4 Yanvar 2025 01:37
56
Azarkeşləri təhqir edən klub rəsmisi qovulub

"Makkabi"nin (Təl-Əviv) maliyyə direktoru Tomer Şmuel istefaya göndərilib.

İdman.biz xəbər verir ki, buna səbəb onun "Hapoel"in azarkeşlərini təhqir etməsidir.

Sosial şəbəkədə Tomeri Beer-Şeva klubunun azarkeşlərinə "Əgər Afrikaya getsəniz ətrafınızı meymunlarla əhatə olunarsa, təəcüblənməyin" deyib. "Makkabi"nin açıqlamasında maliyyə direktorunun davranışının qəbulolunmaz olduğu və onunla əməkdaşlığa dərhal son qoyulduğu bildirilib.

Qeyd edək ki, Təl-Əviv klubu qarşı tərəfin azarkeşlərindən üzr istəyib.

İdman.biz