İtaliya Superkubokunda son finalçı bəlli olub.
İdman.biz xəbər verir ki, Səudiyyə Ərəbistanında təşkil olunan turnirin ikinci yarımfinalında "Yuventus"la "Milan" üz-üzə gəlib.
Oyuna daha yaxşı başlayan "Yuventus" birinci hissədə hesabı açıb. Fasilədən sonra "Milan" görüşdə dönüş yarada bilib. İki qol vuran "rossoneyerlilər" 2:1 hesabı ilə qalib gəliblər.
Digər yarımfinalda "İnter" "Atalanta"nı 2:0 hesabı ilə məğlub edib. Yanvarın 6-da təşkil olunacaq finalda Milan derbisi baş tutacaq.
İtaliya Superkuboku
Yarımfinal
"Yuventus" - "Milan" - 1:2
İdman.biz