"Monako" baş məşqçi Adi Hütterlə müqaviləni yeniləyib.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avstriyalı mütəxəssislə müqavilənin müddəti iki il artırılıb. Tərəflər arasında yeni razılaşma 2027-ci il iyunun sonuna kimi nəzərdə tutulub. O, 2023-cü ilin yayında "Monako"ya başçılıq edir.
Qeyd edək ki, Knyazlıq klubu Fransa çempionatının 2024/2025 mövsümündə 16 turdan sonra 30 xalla 3-cü pillədə qərarlaşıb. "Monako" sabah ölkə Superkubokunda PSJ ilə qarşılaşacaq.
İdman.biz