Macarıstan yığmasının futbolçusu Andraş Şefer ibrətamiz addım atıb.
İdman.biz xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi futbola başladığı klubu iflasdan xilas edib.
"Union Berlin"də çıxış edən futbolçu "Haladaş"ın hesabına 36 min avro köcürüb. Bu məbləğ onun keçmiş komandasının maliyyə problemlərinin bir hissəsini həll edib. Şefer digər şəxslərin də kluba yardım etdiyini xüsusi vurğulayıb.
Qeyd edək ki, Şefer 2010-2014-cü illərdə "Haladaş"ın uşaq akademiyasında məşq keçib.
İdman.biz