Almaniya Bundesliqasında 2025/2026 mövsümündən yarımavtomatik ofsayd müəyyələşdirilmə texnologiyasından (COAT) istifadə olunacaq.
İdman.biz xəbər verir ki, bu baradə DFB Schiri GmbH-in icraçı direktoru Knut Kirxer deyib.
Bundan başqa, almanlar FIFA-nın yeni eksperimentində iştirak etmək niyyətindədirlər. Məqsəd videoassistentin müdaxiləsi zamanı stadionda quraşdırılmış təkrarı izlədikdən sonra qərarın hakim tərəfindən açıqlamasını test etməkdir: "Biz bu layihənin müzakirə mərhələsindəyik. FIFA-dan alınacaq nəticələri gözləmək lazımdır. Yeniliyin nə qədər yaxşı işlədiyini müəyyənləşdirməliyik".
İdman.biz