"Mançester Siti" qış transferi dövründə Omar Marmuşun keçidini həll etməyə çalışır.
İdman.biz xəbər verir ki, "Ayntraxt"ın hücumçusu ilə ilkin danışıqlara start verib.
Almanlar yanvarda 25 yaşlı forvardla yollarını ayırmaq istəməsələr də, "Mançester Siti"nin ciddi tələbi onları düşünməyə vadar edib. İngiltərə çempionu Misir yığmasının futbolçusuna 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Marmuş 2024/2025 mövsümündə məhsuldar oyunu ilə diqqəti çəkir. O, 24 matçda 18 qol vurub və 12 ötürmə verib. Omarın "Ayntraxt"la müqaviləsi 2027-ci ilin yayında bitəcək.
İdman.biz