PSJ UEFA-nın maliyyə sanksiyaları ilə üzləşə bilər.
İdman.biz xəbər verir ki, buna səbəb Paris klubunun keçmiş hücumçusu Kilian Mbappeyə borclu olmasıdır.
UEFA-nın qaydalarına görə, Avropa kuboklarında çıxış edən komandalar yanvarın 15-nə kimi futbolçulara borclu olmadıqları ilə bağlı sənəd təqdim etməlidirlər. Mbappe PSJ-nin 55 milyon avro borclu olması ilə bağlı FIFA və UEFA-ya şikayət edib. Futbolçunun yaxınları məhz UEFA-nın təzyiqindən sonra parislilərin ödənişi həyata keçirəcəklərinə ümid edir.
Qeyd edək, Kilian yayda PSJ-ni tərk edərək "Real"a yollanıb.
İdman.biz