"Barselona"nın Joan Laporta etimadsızlıq səsverməsindən qaça biləcək.
İdman.biz xəbər verir ki, bu barədə İspaniya mətbautı məlumat yayıb.
Dani Olmo və Pao Viktorun La Liqada mövsümün ikinci hissəsi üçün qeydiyyatı alınmaması üzündən Laportanın istefaya göndərilməsi gündəmə gəlib. Jordi Farre və Mark Kornet etimadsızlıqla bağlı səsvermə keçirilməsinin əsas tərəfdarlarıdır. Korne ictimaiyyətin təzyiqindən sonra geri addım atıb. 2021-ci ildə klub prezidentliyinə namizəd olan Farre gələcək strategiyası ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, Farrenin 2020-ci ildə bağlatdığı etimadsızlıq kampaniyası zamanı Xosep Bortemou istefaya göndərilmişdi.
İdman.biz