"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
İdman.biz xəbər verir ki, "Əl-Nəsr" braziliyalı futbolçuya sərfəli müqavilə təklif edib.
Kasemiro yeni klubunda həftəlik 650 min funt maaş alacaq. İngiltərə mətbuatı, hələlik, klublar arasında danışıqlara start verilmədiyini yazıb.
Qeyd edək ki, 32 yaşlı futbolçu cari mövsümdə 14 oyunda 1 dəfə fərqlənib.
İdman.biz