Maynunun tələbi "Mançester Yunayted"i razı salmır

Xəbərlər
8 Yanvar 2025 00:17
45
Maynunun tələbi "Mançester Yunayted"i razı salmır

"Mançester Yunayted" Kobbi Maynu və Alexandro Qarnaçonu transferə çıxara bilər.

İdman.biz xəbər verir ki, buna səbəb İngiltərə Premyer Liqasının mənfəət və davamlı inkişaf planının tələbləridir.

Maynunun yüksək maaş tələb etməsi Mançester klubunun rəbərliyini çətin vəziyyətdə qoyub. 20 yaşlı futbolçu həftəyə 200 min funt qazanmaq arzsundadır. Onun "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin yayında bitəcək. Əgər o müqaviləni yeniləməsə satışa çıxarılacaq.

Qeyd edək ki, artıq Kobbinin transferində maraqlı klub var. "Çelsi" Maynunu almağa hazır olduğunu bildirib.

İdman.biz