"Barselona"nın hücumçusu Lamin Yamal klubla müqaviləni yeniləyəcək.
İdman.biz xəbər verir ki, futbolçu özü bu xəbəri təsdiq edib.
17 yaşlı vunderkind "Barselona"nı xüsusi adlandırıb: "Nə vaxt müqavilə bağlayacağımı bilmirəm. Məncə, bu, tezliklə baş verəcək. "Barselona" mənim həyatımın klubudur. Ümid edirəm burada mümkün qədər çox qalacağam. "Barselona"da oynamaq istəyirəm və müqaviləni artıracağam".
Qeyd edək ki, Laminin klubla müqaviləsi 2026-cı ilin yayında bitəcək. O, hazırki mövsümdə komandanın heyətində 21 oyunda 6 qol vurub, 12 ötürmə verib.
İdman.biz