Liverpul da almaniyalı yarımmüdafiəçiyə "elçi" düşüb

Xəbərlər
9 Yanvar 2025 00:20
44
Liverpul da almaniyalı yarımmüdafiəçiyə "elçi" düşüb

"Liverpul" yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

İdman.biz xəbər verir ki, "qırmızlar" Yozua Kimmixlə maraqlanır.

Yayda "Bavariya"nı tərk etməsi gözlənilən futbolçu qitənin bir çox klublarından təklif alıb. "Barselona", "Mançester Yunayted", "Mançester Siti" kimi komandalar da Kimmixi heyətində görmək istəyir. Mövsümün sonunda müqaviləsi başa çatan Yozua yekun qərarı Münhen klubu ilə aparılan danışıqlardan sonra verəcəyini deyib.

Qeyd edək, 29 yaşlı futbolçu cari mövsümdə 15 oyunda 1 qol vurub, 4 ötürmə verib.

İdman.biz