İngiltərə Liqa kubokunda "Tottenhem" - "Liverpul" oyunu yarımçıq dayandırlıb.
İdman.biz xəbər verir ki, meydan sahiblərinin futbolçusu Rodriqo Bentakur huşunu itirib.
Hava mübarizəsi zamanı boynu üstünə düşən uruqvaylı futbolçu özündən gedib. Yarımmüdafiəçi meydanı xərəkdə tərk edib.
Qeyd edək ki, qarşılaşma 10 dəqiqədən sonra davam etdirilib.
İdman.biz