"Ayntraxt" Omar Marmuşa görə "Mançester Siti"dən 80 milyon avro tələb edib.
İdman.biz xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İngiltərə çempionunun almanlara ilkin təklifi 60 milyon avro olub. Bu məbləğ "Ayntraxt"ı razı salmayıb. İngiltərə çempionu hücum xəttəindəki problemi Misir yığmasının futbolçusu ilə həll etmək arzusundadır.
Qeyd edək ki, Marmuş 2024/2025 mövsümündə məhsuldar oyunu ilə diqqəti çəkir. O, 24 matçda 18 qol vurub və 12 ötürmə verib. Omarın "Ayntraxt"la müqaviləsi 2027-ci ilin yayında bitəcək.
İdman.biz