"Mançester Yunayted" Amado Diallo ilə yeni müqavilə imzalayıb.
İdman.biz xəbər verir ki, 22 yaşlı hücumçu ilə yeni razılaşma 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
"Qırmızı şeytanlar"ın rəsmi saytının yaydığı məlumatda Diallo "Mançester Yunayted"in tarixində yer almaq istədiyini bildirib.
Qeyd edək ki, Fil Dişi Sahili yığmasının üzvünün əvvəlki müqaviləsi 2025-ci ilə kimi nəzərdə tutulmuşdu.
İdman.biz